Lavrovdan xəbərdarlıq: “İrana zərbə endirilsə...”

12 Oktyabr 2024 18:52

İranda mülki nüvə obyektlərinə zərbə endirmək ideyasının həyata keçirilməsi ciddi təxribat olardı.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"İranın dinc nüvə obyektlərinə hücum planları və ya təhdidləri həyata keçirilərsə, bu, çox ciddi təxribat olacaq". - nazir qeyd edib.

Lavrovun iddiasına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramına kifayət qədər ciddi nəzarəti var və Tehranın nüvə proqramını hərbi kanala keçirməyə başladığına dair heç bir əlamət yoxdur.

"AEBA mütəmadi olaraq bu cür hesabatlar təqdim edir, biz bu peşəkar qiymətləndirmələrdən çıxış edirik", - Rusiyanın baş diplomatı vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun