“Obama mənə səs verəcək”

12 Oktyabr 2024 18:41

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, keçmiş Amerika lideri Barak Obama Kamala Harrisə yox, ona səs verəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Düşünürəm ki, Obama mənə səs verəcək, çünki Kamalanın son dərəcə aşağı intellektli bir insan olması onun xoşuna gəlmir", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, oktyabrın 6-da Barak Obamanın Kamala Harrisin seçki kampaniyasına qatılacağı haqda xəbərlər yayılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun