Toy maşını qəzaya düşdü - xəsarət alan var - FOTO

12 Oktyabr 2024 17:46

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, bəy maşını olan "BMW" markalı minik avtomobili "VAZ 21015" markalı minik avtomobili ilə toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində ağır xəsarət alan 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun