Qroznıda yanacaqdoldurma stansiyasında partlayış - 2-si uşaq olmaqla, 4 nəfər ölüb - VİDEO

12 Oktyabr 2024 17:22

Çeçenistanın paytaxtı Qroznı şəhərində kollecin yaxınlığında partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.

Məlumatda yanğın nəticəsində yanacaqdoldurma stansiyasının da partladığı vurğulanıb.

Partlayışların davam etdiyi deyilir. Xəsarət alanlar barədə məlumat yoxdur.

Çeçenistanın paytaxtı Qroznı şəhərində yanacaqdoldurma stansiyasında partlayışda 4 nəfər ölüb.

Qaz sisterninin partlaması nəticəsində ölənlərdən ikisi uşaqdır (5 və 6 yaşında).

Ölənlərin şəxsiyyəti hələlik məlum deyil. Onların hamısının bir ailənin üzvü olub-olmadıqları da bilinmir.

Hadisə barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun