Hizbullah İsrail ordusunun qərargahına zərbə endirdi

12 Oktyabr 2024 15:59

Hizbullah İsrail ordusunun şimalda yerləşən qərargahına raket zərbəsi endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə "Əl-Mayadin" kanalı məlumat yayıb.

Bildirilib ki, qərargah Safed şəhərində yerləşir.

Telekanalın məlumatına görə, vurulan qərargah İsrailin şimalında yerləşən bölmələrinə rəhbərlik edir.

Məlumatla bağlı İsrail tərəfdən heç bir açıqlama verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun