Ərdoğan : Biz Milli Kəşfiyyat Xidməti ilə İsraildən...

12 Oktyabr 2024 16:50

"Türkiyənin küçələrində qarışıqlıq yaratmaq istəyənlər bu addımın əvəzini artıqlaması ilə ödəyəcəklər".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, hökumət güc strukturları ilə birgə ölkəyə yönələcək istənilən təhdidlərin qarşısını almağa qadirdir:

"Ölkədə təxribat törətməklə xaos yaratmaq istəyənlərə qarşı bundan sonra da mübarizə aparılacaq. Bu, öz siyasi mənfəətləri naminə analoji proseslərə cəlb olunan siyasətçilərə də aiddir. Onlar bilməlidir ki, bizim əl-qolumuz qətiyyən bağlı deyil. Küçələrdə qarışıqlıq və xaos yaratmaq istəyənlərə xəbərdarlıq edirəm ki, onların cəzası ağır olacaq".

Türkiyə lideri Rusiya, İran və Suriyanın İranın mövqeyindən çıxış etdiyini ABŞ, İngiltərə və Almaniyanın isə mövqelərinin rəsmi Tehranla ortaq olduğunu diqqətə çatdırıb:

"Koalisiya qüvvələri PKK/YPG terror təşkilatını himayəsinə götürməsi Suriyanın ərazi bütövlüyünə ən böyük təhdiddir. Buna görə də Rusiya, Suriya və İran üçlüyü Suriyanın ərazi bütövlüyünə qarşı təhdid sayıla biləcək bu vəziyyətdə daha effektiv tədbirlər görməlidir. Bölgədə müharibənin miqyasını daha da genişləndirmək cəhdləri fonunda region ölkələr mənfəətlərindən imtina edib Yaxın Şərq regionunun xilası üçün çalışmalıdır. Əlbəttə ki, İsrailin hücuma meylli dövlət olması gözardı edilə bilməz. İsrail tərəfi Yaxın Şərqdə soyqırımına, biz isə onların əməllərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa davam edəcəyik. Biz Milli Kəşfiyyat Xidməti ilə birlikdə ölkəmizə İsrail dövlətindən gələ biləcək addımları nəzarətdə saxlayırıq".

O həmçinin Suriyada gərginliyin azaldılması üçün rəsmi Ankaranın atdığı addımlardan danışıb:

"Bu istiqamətdə bütün diplomatik alətlərdən istifadə etmişik. Hesab edirəm ki, hazırda da bu üsul bölgədə gərginliyi azaltmağa kömək edəcək. Biz həm Suriyada, həm də dünyanın istənilən nöqtəsində sülhün tərəfdarıyıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun