Gəncə Dövlət Filarmoniyasinda Ramiz Mirişlinin 90 illiyi qeyd olunacaq - FOTO

12 Oktyabr 2024 15:51

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 20 oktyabr saat 19:00-da görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert proqramı baş tutacaq.

Konsert proqramında filarmoniyanın solistlərinin ifasında bəstəkarın "Dalğalar", "Vətənimsən", "Bir xumar baxışla", "Dedim tələsmə", "Bir könül sındırmışam", "İlk sevgi", "Azərbaycan dünyam mənim" mahnıları səsləndiriləcək.

Biletlər əldə etmək üşün  https://iticket.az/events/concerts/ramiz-mirishli-90-bzdr/124689

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az