Bakıda su xətti partladı, evin həyəti çökdü - VİDEO

12 Oktyabr 2024 14:47

Bakıda su xəttinin partlaması nəticəsində fərdi yaşayış evinin həyəti çöküb.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində qeydə alınıb.

Belə ki, su xəttində baş verən qəza nəticəsində vətəndaş Məcnun Məmmədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsi çöküb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun