“Real”ın prezidenti olmaq istəyirəm”

12 Oktyabr 2024 13:48

İspaniyalı tennisçi Rafael Nadal peşəkar karyerasını bitirdikdən sonra arzusunu dilə gətirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "Real" klubunun prezidenti olmaq istədiyini açıqlayıb.

"Bu gün düşündüklərimi sabah düşünməyə də bilərdim. Həyatda çoxlu dönüşlər var. Bəli, mən "Real Madrid"in prezidenti olmaq istərdim. Ancaq hazırda ən yaxşı prezident bizim komandamızdadır. Mən olduqca realistəm, məhdudiyyətlərimi bilirəm", - deyə Nadal qeyd edib.

Xatırladaq ki, Rafael Nadal bu vaxta qədər 92 titul qazanıb. O, 209 həftə dünya reytinqinə başçılıq edib.

38 yaşlı peşəkar tennisçi noyabrın 19-dan 24-dək Malaqada keçiriləcək "Devis Kuboku"nun finalından sonra karyerasını bitirəcəyini açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun