Bakıda qadın iynədən şoka düşərək ÖLDÜ

12 Oktyabr 2024 12:51

Bakıda qadın iynədən şoka düşərək ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib.

Qəsəbə sakini 56 yaşlı Zülfiyyə Həmid qızı Nəcəfova qonşuluqda yaşayan tibb bacısı 41 yaşlı Gülnar Mirzəhən qızı Qəniyevanın vurduğu iynədən şoka düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun