Səhərlər öskürmək görün hansı xəstəliyin əlamətidir?

12 Oktyabr 2024 16:19

Səhər öskürəyi ürək çatışmazlığını göstərə bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına kordioloq danışıb.

Mütəxəssis bildirib ki, bu əlamət daha çox ürək problemi yaşayan yaşlı insanlarda müşahidə olunur. "Əgər görünsə, mütləq həkimə müraciət etməlisiniz", - deyə kordioloq qeyd edib.

"Əgər səhər saat 4-6 radələrində bir insan öskürəkdən boğulmağa başlayırsa, ayaqlarını aşağı əyərək oturmağa məcbur edilirsə və yalnız bundan sonra özünü yaxşı hiss edirsə, bu, "ürək öskürək, ürək astmasıdır", ürək çatışmazlığının əlamətidir", - həkim vurğulayıb.

Öskürəyin başqa bir səbəbi siqaret ola bilər, çünki tütün selikli qişaları qıcıqlandırır.

O qeyd edib ki, bu halda insan bronxları təmizləməlidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun