Dünyanın ən yaraşıqlı kişisi odur - FOTOlar

12 Oktyabr 2024 16:10

Britaniyalı aktyor Aaron Taylor-Consonun üzü dünyanın ən yaraşıqlı "kişi üzü" seçilib. 

Milli.Az olay-a istinadən bildirir ki, britaniyalı cərrah Culian De Silva qızıl nisbət qaydasından istifadə edərək ən ideal kişi üzlərini müəyyən edib. 

34 yaşlı "Qızıl qlobus" mükafatlı aktyor birinci yeri tutub - onun üz nisbətləri 93% mükəmməldir.

"Bütün üz cizgiləri fiziki mükəmməllik baxımından ölçüləndə Aaron aşkar qalib oldu", - deyə həkim Taylor-Consonun qələbəsini şərh edib.

Reytinqdə ikinci yerdə "Emili Parisdə" serialının ulduzu, yaraşıqlıq standartlarına 92,41% cavab verən 32 yaşlı Lüsien Laviskount qərarlaşıb. Siyahıda üçüncü yeri yeni "Qladiator"dan 28 yaşlı Pol Meskal (92,38%), dördüncü yeri isə 92,15% səslə Robert Pattinson tutub.

38 yaşlı "Alatoranlıq"ın ulduzu 2020-ci ilin ən yaraşıqlısı seçilib. Beşinci yerdə "Yavaş atlar" serialı ilə tanınan aktyor, həmçinin Sirşi Ronanın əri Cek Loudendir. İlk onluğa Corc Kluni, Nikolas Hoult, Çarlz Melton və İdris Elba da daxil olub.

Qızıl nisbət metodu sayəsində məşhur britaniyalı plastik cərrah və öz klinikasının sahibi Culian De Silva hər il məşhur kişi və qadınlar arasında ideal simaların reytinqini tərtib edir. Beş il əvvəl o, Bella Hadidi ən gözəl qadın kimi tanımışdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun