Paytaxtda 9 ay ərzində baş verən qəzalar hansı səbəbdən yaşanıb? - VİDEO

12 Oktyabr 2024 19:09

Paytaxt küçələrində baş verən qəzaların statistikası açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə "Xəzər Xəbər"ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirildi ki, bu ilin 9 ayında paytaxt yollarında 1500-ə yaxın qəza baş verib.

Qurum rəsmisinin sözlərinə görə, qəzaların baş verməsinin daha bir səbəbi isə nasaz avtomobillərlə yola çıxmaqdır.

Həmçinin bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 55 küçə və prospekt üzrə 53 mindən çox "yaşıl dalğa" əmri tətbiq edilib.

Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu istiqamətdə işlər davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun