Sürücülərin nəzərinə: Bakıda bu yollarda...

12 Oktyabr 2024 10:09

Nəsimi rayonu, Alı Mustafayev keçəsi, "20 Yanvar", Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyaları istiqamətində yolda qısamüddətli təmir işləri aparılır.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təmir məqsədilə zolaqlardan biri qismən məhdudlaşdırılıb.

Sürücülərə hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun