Almaniyada açıq-saçıq operanın 18 tamaşaçısına ürəkbulanma səbəbindən tibbi yardım lazım olub.
Milli.Az bildirir ki, oxu.az-ın verdiyi məlumata görə, bu barədə "The Guardian" Ştutqart Dövlət Operasının əməkdaşı Sebastian Eblinqə istinadən xəbər verib.
Bildirilir ki, şou cinsi akt səhnələri , canlı pirsinq, həmçinin çoxlu süni və həqiqi qan ehtiva edib.
"Şənbə günü səkkiz, bazar günü isə daha 10 nəfərə yardım lazım oldu", - deyə mənbədən bildirilib.
Bildirilir ki, şounu qalmaqallı və açıq-saçıq çıxışları ilə tanınan avstriyalı xoreoqraf Florentina Holzinger hazırlayıb. Təşkilatçılar izləyiciləri tamaşaya hazırlaşmaq üçün proqramın təsvirini oxumağa çağırış etmişdilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun