Məşhur otelin əməkdaşı maşınla adam vurub öldürdü

12 Oktyabr 2024 09:54

Azərbaycanda məşhur oteldə cinayət hadisəsi baş verib.

Milli.Az bildirir ki, 08.10.2024-cü il tarixdə, saat 14 radələrində "Marxal Resort Spa" otelində qrup rəhbəri işləyən, 1996-cı il təvəllüdlü Hüseynov Afiq Asif oğlu idarə etdiyi minik avtomobillə rayonun Kiş kəndi istiqamətində hərəkətdə olarkən həmin vaxt yolu keçmək istəyən piyada - Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Xalıqov Camal Nuru oğlunu ehtiyatsızlıqdan vurmuş, 12.10. 2024-cü il tarixdə saat 02:30-da Camal Xalıqov aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölmüşdür.

Faktla bağlı 12.10.2024-cü il tarixdə Şəki ŞRPŞ-nin İB-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun