Masallıda qəza - Piyada öldü - FOTO

12 Oktyabr 2024 09:21

Masallıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralında, Masallı rayonu ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes VİTO" markalı minik avtomobili yolu keçmək istəyən rayonunun Sərçuvar kənd sakini 1980-cı il təvəllüdlü Məhərrəm Əlihüseyn oğlu Seyfiyevi vurub.

Sürücü piyadanı avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Buna baxmayaraq M. Seyfiyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun