Edinburqdan Türkiyəyə gedən təyyarə məcburi eniş etdi - Sərnişinlər bir-birinə tüpürürmüş

12 Oktyabr 2024 09:29

Sərnişinlərin bir-birinə tüpürməsi səbəbilə Edinburqdan Türkiyənin Dalaman şəhərinə uçan təyyarə məcburi eniş edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Edinburq aeroportu məlumat yayıb.

Bildirilib ki, "Scots Jet2" təyyarəsinin sərnişinləri arasında dava çıxıb. Onlar bir-birlərinə tüpürməyə başlayanda təyyarə Almaniyanın Köln şəhərində məcburi eniş edib.

Məlumata görə, mübahisəni yaradan sərnişin sərxoş olub. Polis müşayiəti ilə təyyarədən düşən şəxs son ana kimi digər sərnişinləri təhqir etməkdən əl çəkməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun