Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı

12 Oktyabr 2024 07:55

Bərdə rayon Heydər Xəliloğlu adına Qullar kənd tam orta məktəbinin direktoru Günay Musayeva vəzifəsindən imtina edib.

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, o, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi kimi gəlib.

Günay Musayeva "Böyük Qayıdış" prosesində iştirak etməkdən qürur duyduğunu deyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun