Xəzər dənizində zəlzələ oldu

12 Oktyabr 2024 01:53

Qala stansiyasından 133 kilometr şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilib.

Məlumata görə, oktyabrın 11-də yerli vaxtla saat 23:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.8-ə bərabər olub.

Zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun