"Toyda şəkil çəkdirmək üçün müğənniyə 10 min verirlər"

12 Oktyabr 2024 09:16

"Rastıma gəlib ki, tanınmış müğənilər toyda fonoqram gedə-gedə qonaqlarla şəkil çəkdirirlər. Bu axı sənətə hörmətsizlikdir. Mən toyda sənət görmək istəyirəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində deyib.

O, bəzi toy sahiblərinin məclisdə şəkil çəkdirmək üçün müğənniyə 10 min verib toya çağırdıqlarını bildirib:

"Bayaq izlədiyimiz süjetdə uşaq deyir ki, "Bizə başqa mahnı lazımdırsa, kompüterdən qoşmaq olur". Buna görə 10 min pul sayıb vermək lazımdırmı? Çoxu toyda şəkil çəkdirmək üçün 10 min müğənnilərə verir. Bir şəkilə 10 min manat verirsinizsə, mənim sizə sözüm yoxdur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun