Ər arvadının boşanmasının qarşısını almaq üçün maraqlı üsul tapdı - FOTO

11 Oktyabr 2024 22:30

Çində qadın ərinin məişət zorakılıqları səbəbinə görə boşanmaq üçün məhkəməyə müraciət etsə də, tələbi təmin edilməyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, məhkəmə zamanı arvadını zaldan çıxararkən etdiyi hərəkətə baxmayaraq, məhkəmə cütlüyün boşanma tələbini qəbul etmiyin.

Sıçuan əyalətindən olan Çen adlı qadın əri Li ilə 20 il evli idi. Cütlüyün iki oğlu və bir qızı var. Çen bu yaxınlarda münasibətlərinin dağılmasına səbəb olan məişət zorakılığı hadisələrini əsas gətirərək boşanma ərizəsi vermək qərarına gəlib. O, Linin sərxoş halda ona qarşı zorakılıq etdiyini bildirib.

Bununla belə, məhkəmə ər-arvad arasında nəzəri cəhətdən barışıq üçün əsas ola biləcək "dərin emosional əlaqə" olduğunu qeyd edərək, boşanmadan imtina edib. İddiaçı məhkəmənin qərarından apellyasiya şikayəti verib. İkinci dinləmə zamanı özünü itirən Li arvadını tutub və onu kürəyində apararaq məhkəmə zalından qaçıb.

Mühafizə əməkdaşları tez müdaxilə edərək, ona yaraşmayan davranışına görə irad tutublar.

"Mən indi səhvin ciddiliyini və onun mənfi təsirini başa düşürəm. Mən zəmanət verirəm ki, bu, gələcəkdə bir daha təkrarlanmayacaq", - Çenin əri deyib. Nəhayət, cütlük birlikdə qalıb. Hakim nikahdakı vəziyyəti yaxşılaşdırmaq üçün Liyə daha bir şans vermək qərarına gəlib. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun