Zelenski Şoltsla görüşdü

11 Oktyabr 2024 20:05

Ukrayna lideri Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı ona Ukrayna üçün sülh planını təqdim edib.

"Bu gün bizim Almaniya kansleri Olaf Şoltsla bu payızda üçüncü görüşümüzdür və bəlkə də bütün genişmiqyaslı müharibə dövründə ən vacib görüşlərdən biridir. Biz indi əsas dostlarımıza sülhü yaxınlaşdırmaq üçün strategiyamızı təqdim edirik", - Zelenski yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun