Bakıda qızdan cinayətə təşviq mesajı - "Öldürən olaq, qızlar" - VİDEO

11 Oktyabr 2024 16:52

Bakıda tiktokda çəkilən görüntülər narahatlıq doğurub.

Milli.Az bildirir ki, videoda əlində dırnaq üçün ləvazimat tutan qız bunu özünümüdafiə üçün gəzdirməyi təklif edib.

"Artıq ölən yox, öldürən olaq, qızlar" şərhi ilə videonu paylaşan yeniyetmə cinayətə təhrik mesajı da verib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə baş verən cinayət günlərdir ökəmizdə də müzakirə olunur.

Milli.Az