Kartofu bu tərəvəzlə qaynadın – Çox dadlı olacaq

13 Oktyabr 2024 06:06

Qaynadılmış kartof ən asan yemək növlərindən biri hesab olunur. Ancaq əslində bu o qədər də sadə deyil. Ləzzətli kartof soyutması üçün bəzi şeylərə diqqət etməliyik.

Milli.Az lent.az-a istinadən bildirir ki, kartofu qaynar suya tökməzdən əvvəl kök əlavə etmək lazımdır. Əvvəlcə kökü hissələr şəklində doğrayın və sonra suya atın. 10-15 dəqiqədən sonra isə kartofu əlavə edin.

Tərəvəzlərin tam bişdiyindən əmin olduqdan sonra onları servis edə bilərsiniz. Süfrəyə verməmişdən əvvəl üzərinə göyərti səpməyiniz məsləhətdir. Nəticədə inanılmaz dadlı və bir az şirin kartoflar əldə edəcəksiniz.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun