Mən siyasətlə yox, siyasət mənimlə məşğul olur

12 Oktyabr 2024 00:15

2008-ci il aprelin 9-dan siyasətlə məşğul olmamışam. 2018-ci ildə isə siyasət mənimlə məşğul olmağa başladı.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

"Ölkə təhlükə altında idi, fəlakətlər oldu, bütün bunlar məni siyasətə qayıtmağa məcbur etdi. Bu təhlükələr aradan qalxana qədər mənim və komandamın siyasətlə məşğul olmaq hüququ var", - deyə Köçəryan siyasətdən gedib-getməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun