"Evdə otururam bu dəqiqə bilirəm ki, kim haradadır"

11 Oktyabr 2024 15:15

Müğənni Xatirə İslam sosial şəbəkələrdən şikayətlənib.

Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "7 tamam" verilişində deyib.

Xatirə mövzu ilə bağlı gileyini bu sözlərlə dilə gətirib:

"Sosial şəbəkələrdə mənə aid olmayan xəbərlərə rast gəlirəm. Belə olan halda niyə onlara zamanımı sərf eləməliyəm? Baxıram, əsəbiləşirəm. Sonra özümə deyirəm ki, mənə bu lazımdır? Axı mən bu adamı niyə görməliyəm? Bunun xəbəri mənim nəyimə lazımdır? Amma istər-istəməz hər şeydən xəbərimiz var. Evdə otururam bu dəqiqə bilirəm ki, kim haradadır. Ən gözəl odur ki, telefondan uzaq olasan. Düzdü bu mümkün deyil. Mən çox istədim ki, həyatımda bu baş versin".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun