“Nilay bir də ata-ana sözünü deyə bilməyəcək...” - VİDEO

11 Oktyabr 2024 13:44

"Nilay hələ başa düşmür ki, ana və atası niyə ölüb".

Milli.Az xəbər verir ki, bunu Gəncə terrorunda hər iki valideynini itirən Nilayın nənəsi Sevil Babazadə ATV-yə açıqlamasında deyib.

"O fəsadları heç vaxt unutmarıq. Hamısı yaddaşımdadır. O hələ balacadır. Nilay bir də ata-ana sözünü deyə bilməyəcək", - deyə S. Babazadə əlavə edib.

Xatırladaq ki, Gəncə şəhəri Vətən müharibəsi zamanı - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terror nəticəsində 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Milli.Az