Ukrayna “həbs edin” dedi, əvəzində medal verdilər

11 Oktyabr 2024 13:07

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov türkmən şairin medalını Aşqabada gələn Rusiya Federasiyasının rəhbəri Vladimir Putinə təqdim edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, dövlət başçılarının görüşü "Zamanların və sivilizasiyaların münasibətləri" beynəlxalq forumu çərçivəsində baş tutub.

"Hörmətli Vladimir Vladimir, mən sizi "Məhtumqulu Bayrağı" yubiley ordeni ilə təltif etmək qərarına gəldim", - deyə Sərdar Berdiməhəmmədov bildirib.

O, bu medalın Rusiya ilə Türkmənistan və onların xalqları arasında möhkəm dostluğun daha bir simvoluna çevriləcəyini vurğulayıb.

Xatırladaq ki, Putinin səfəri ərəfəsində Ukrayna Xarici İşlər Nazirliyi Türkmənistanı Putini Aşqabadda gözlənilən səfəri zamanı həbs etməyə çağırmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun