“CineMastercard”da “Qapı” Azərbaycan filminin Qala gecəsi keçirilib - VİDEO - FOTO

11 Oktyabr 2024 12:30

"Gənclik Mall" TM-də yerləşən "CineMastercard" premium kinoteatrında kriminal və traqikomediya janrında olan "Qapı" Azərbaycan filminin Qala gecəsi keçirilib.

Tədbir böyük uğurla keçdi. Qonaqlar Qala gecənin baş qəhrəmanlarını isti qarşılayaraq onlara dəstək oldular. Anşlaq və tamaşaçıların coşqulu reaksiyası filmin zəfərini təsdiqlədi. Film izləyicilərdə güclü emosiyalar yaratdı və unudulmaz təəssüratlar bəxş etdi.

Oğurluq, yumor, gözlənilməz dönüşlər, maraqlı personajlar və bunların hamısı bir filmdə!

Quruluşçu rejissor və baş prodüser Vüsal Əhmədzadə, quruluşçu operator Orxan Məmmədov, ideya müəllifi Əlixan Rəcəbov. Ssenari müəllifləri: Vüsal Əhmədzadə, Emin Əfəndiyev və Əlixan Rəcəbov. Quruluşçu rəssam Elturan Məmmədov, bəstəkar Rüzgar Əhmədzadə, icraçı prodüser İbrahim Heydərov, montaj rejissoru və rəng korreksiyası İman İmanov.

Rollarda: Rafael İsgəndərov, Nurlan Rüstəmov, Taleh Yüzbəyov, Sənubər İsgəndərli, Kəmalə Piriyeva, Kamran Ağabalayev, Zemfira Əbdülsəmədova, Emil Musayev, İlkin Xəlil və s.
Film haqqında qısa məlumat: İmkanlı iş adamının evində xadimə işləyən Vəfa özünə yeni həyat qurmaq üçün həmin evdən oğurluq etmək qərarına gəlir. Bu işdə bir ildən çox aliment ödəmədiyinə görə oğlunu görə bilməyən, artıq bu həyatdan bezən qardaşı Vidadiyə müraciət edərək kömək istəyir. Qardaşını razı salandan sonra bir neçə dəfə oğurluq üstündə həbsdə olan ögey xalası oğlu Cavada bu işdə əlbir olmaq təklif edirlər. Cavad və Vidadi oğurluq vaxtı qapını xarab edirlər və evdə qalırlar. Bundan sonra isə hadisələr daha da həyəcanla inkişaf edir.

Qeyd etmək istərdik ki, "Qapı" filmi eksklüziv olaraq yalnız "CineMastercard" kinoteatrlar şəbəkəsində nümayiş olunur.