Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırıldı

11 Oktyabr 2024 10:56

Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Artak Davtyan Baş Prokurorluğa çağırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, sabiq Baş Qərargah rəisi qanunsuz əmlakla bağlı oktyabrın 18-də Baş Prokurorluqda olmalıdır.

Qeyd edək ki, Davtyan iki dəfə - 2018-2020-ci illərdə, eləcə də 2021-2022-ci illərdə Baş Qərargah rəisi vəzifəsində çalışıb. O, həmçinin keçmiş müdafiə naziri David Tonoyan və başqaları ilə birlikdə silah-sursat tədarükü zamanı sui-istifadə halları ilə bağlı ittiham olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun