Bu gün Səfurə Əlizadə "Eurovision" səhnəsinə çıxır
27 May 2010 09:30
Yarımfinalın bu mərhələsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə "Drip-Drop" kompozisiyası ilə çıxış edəcək. Sıralanmaya əsasən, Azərbaycan 7-ci yerdə, Litva, Ermənistan, İsrail, Danimarka, İsveçrə və İsveçdən sonra səhnəyə çıxacaq.
Türkiyə isə 2-ci yarımfinalda sonuncu yerdə çıxış edəcək. Bununla da 17 ölkədən 10-u mayın 29-da keçiriləcək finalda çıxış etmək şansı qazanacaq. Artıq 10 finalçı ölkənin adı məlumdur.
Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və "Eurovision-2009"un qalibi Norveç mayın 29-da keçiriləcək final mərhələsində birbaşa iştirak etmək hüququna malikdirlər. Finalda ümumilikdə 25 ölkə birincilik uğrunda yarışacaqlar.
/ANS TV/