Mətbuat konfransında gülməli anlar - Ardanın adını səhv dedi - VİDEO

11 Oktyabr 2024 10:22

Türkiyə millisinin UEFA Millətlər Liqasında Monteneqro ilə oyundan əvvəl keçirilən mətbuat konfransında gülməli anlar yaşanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, klubun mətbuat katibi millinin futbolçusu Arda Gülərin soyadını səhv səsləndirib. Belə ki, o, "Real"ın futbolçusu Arda Gülər yerinə, məşhur futbolçu, hazırda "Eyüpspor"un baş məşqçisi Arda Turanın adını çəkib. Bundan sonra o, yanlışını düzəldib. Bu isə konfransda gülüşə səbəb olub.

Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasında bu gün Monteneqro ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.

Türkiyə yığması oktyabrın 14-ü isə İslandiya ilə qarşılaşacaq.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun