48 yaşlı kişinin qoluna armatur girdi

11 Oktyabr 2024 10:04

Mingəçevirdə 48 yaşlı kişinin qoluna armatur girib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, hadisə Babək küçəsində baş verib.

Dəmir parçası naməlum şəraitdə 1976-cı il təvəllüdlü şəhər sakini Ramil Elman oğlu Əliyevin sağ qol nayihəsinə girərək ona ciddi xəsarət yetirib.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun