Bu görmə məhdudiyyətli gənc azərbaycanlı tanınmışın ÖVLADI İMİŞ - FOTO

11 Oktyabr 2024 09:02

"Həmin Zaur" verlişinin yeni buraxlışında çoxları üçün ilk dəfə eşidəcəkləri faktın üstü açılıb.

Milli.Az titul.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal studiyada insturmental musiqiçilər arasında əyləşən görmə əngəlli gəncin verlişin qonağı olan məşhur toy aparıcısı Pünhan İsmayıllının övladı olduğunu bildirib.

Məşhur qiraətçi bu barədə heç vaxt açıqlama vermədiyini bildirib. O, oğlunun 3 yaşına kimi hər kəs kimi normal gördüyünü, lakin sonradan həkimlərin yanlış müalicəsi nəticəsində görmə qabiliyyətini tamamilə itirdiyini bildirib. Pünhan oğluna dərdinə çarə tapmaq üçün onu dəfələrlə dünyanın bir çox yerinə apardığını, lakin çarə tapılmadığınl sözlərinə əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun