Putin Türkmənistana getdi

11 Oktyabr 2024 09:01

Rusiya Prezidenti Vladimir Putin Aşqabada uçub, burada "Zamanlar və sivilizasiyalar münasibətləri - sülhün və inkişafın əsası" beynəlxalq forumunda iştirak edəcək və iyulda seçilmiş İran Prezidenti Məsud Pezeşkianla görüşəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, forum türkmən şairi və filosofu Məhtimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunub.

Tədbirdə ondan çox dövlətin liderləri ilə yanaşı, beynəlxalq təşkilatların rəhbərlərinin də iştirak edəcəyi planlaşdırılır. Pezeşkianla görüşdə Rusiya dövlət başçısı ikitərəfli məsələləri və Yaxın Şərqdə kəskin pisləşən vəziyyəti müzakirə etməyi planlaşdırır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun