Pakistanda kömür mədəninə silahlı basqın: azı 20 şaxtaçı ölürüldü

11 Oktyabr 2024 08:22

Pakistanda naməlum şəxslər kömür mədəninə silahlı basqın ediblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.

Qeyd olunub ki, hadisə ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verib.

Belə ki, silahlı şəxslər Duki ərazisində yerləşən kömür mədənini mühasirəyə alıb və şaxtaçılar üçün nəzərdə tutulan yaşayış yerlərinə atəş açıblar.

Nəticədə azı 20 şaxtaçı ölüb, daha 7 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Agentlik xatırladır ki, hücum İslamabadda keçiriləcək böyük təhlükəsizlik sammiti ərəfəsində baş verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun