Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ

10 Oktyabr 2024 23:59

Naxçıvan Dövlət Universitetinin (NDU) məzunu vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" "Facebook" səhifəsində məlumat verilib.

Bildirilib ki, yüksək ortalama ilə bakalavr məzunu, Bakı Musiqi Akademiyasının magistr tələbəsi Sərvət İbrahimov dünən qəflətən ürək çatışmazlığından dünyasını dəyişib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun