İspan nömrəsindən mesaj gəldi: Ronaldo Kassanodan niyə inciyib?

10 Oktyabr 2024 22:50

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ​İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano Kriştiano Ronaldonun ondan inciməsi ilə bağlı danışıb.

"Mən canlı yayımda Kristiano haqqında futbol verilişində idim və dedim ki, o, hətta ən yaxşı 10 oyunçu arasında belə deyil. Bu mənim fikrimdi. Mən dedim ki, mənim üçün yalnız bir Ronaldo var - o da braziliyalı Fenomendir.

Bu verilişdən sonra telefonuma ispan nömrəsindən mesaj gəldi... Kriştiano Ronaldo idi. Mənə yazdı ki, mən ona hörmət etmirəm... Və Kriştiano vurduğu qolların, etdiyi qol ötürmələrinin, müxtəlif statistikalarının, rekordlarının və kuboklarının siyahısını göndərdi", - Kassano bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun