Bakıda məşhur restoran qarət edildi: Görün nələr oğurlandı - ANBAAN VİDEO

10 Oktyabr 2024 21:33

Metronun "İçərişəhər" stansiyasının yaxınlığında yerləşən məşhur "Soloha" restoranında oğurluq hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müəssisənin sahibi Lidiya Əliyeva özünün "Instagram" hesabında məlumat verib.

"Bu gecə "İçərişəhər"dəki "Soloha Baku" restoranım qarət olunub, özümü çox məyus hiss edirəm. Oğru pəncərədən içəri daxil olaraq, qiymətli əşyaları oğurlayıb və gedib", - o yazıb.

Onun sözlərinə görə, polis artıq hadisə ilə bağlı araşdırma aparır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun