Azərbaycanda içməli su təminatı 85 faizə çatdırılacaq

10 Oktyabr 2024 21:13

Azərbaycanda içməli su təminatı 85 faizə çatdırılacaq.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da əksini tapıb.

Milli Strategiyaya əsasən, suların dövlət uçotu sistemi təkmilləşdiriləcək və qanunsuz müdaxilələrin qarşısı alınacaqdır.

"Müasir suvarma üsullarının tətbiqi genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 faizə çatdırılacaqdır. Şirin su ehtiyatlarının artırılması məqsədilə 4 yeni su anbarı yaradılacaq, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatı 85 faizə, suvarma suyu təminatı isə 90 faizə çatdırılacaq, alternativ su mənbələrindən istifadə təşviq ediləcək, sayğaclaşma səviyyəsinin 100 faizə çatdırılmasına, içməli su təchizatı üzrə itkilərin 33 faizə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 faizə qədər azaldılmasına nail olunacaqdır. Sanitariya xidmətləri ilə əhatə olunan ərazilərin xüsusi çəkisi 43 faizə çatdırılacaqdır", - deyə Milli Strategiya bildirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun