Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdman kanalına yeni rəhbər təyin olunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kanala Zaur Zeynal rəhbərlik edəcək.
Mədəniyyət kanalının rejissoru işləyən Zaur Zeynal daha çox şou-biznes sahəsində tanınırdı. Onun idman kanalına rəhbər təyin olunması bir sıra suallar doğurub.
Qeyd edək ki, bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin olunmuşdu
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun