Dünya İsraili dayandırmaqda acizdir - Livanlı spiker

10 Oktyabr 2024 23:33

Beynəlxalq vasitəçilər İsrail-Livan müharibəsini dayandırmaqda acizdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Livan parlamentinin sədri Nabih Berri deyib.

O, Livan-İsrail sərhədində atəşkəs səylərində irəliləyiş olmamasından ciddi narahatlığını ifadə edib:

"Hələ də müsbət nəticə yoxdur, fransızların hər hansı dəstəyini hiss edirik. Amerikalılara gəldikdə isə sanki bizimlə olduqlarını açıqlayırlar, lakin müharibənin bitməsi üçün heç nə etmirlər".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun