"Ukrayna NATO üzvü olsa, dünya müharibəsi başlayacaq"

10 Oktyabr 2024 20:52

Ukrayna hazırkı şəraitdə NATO-ya qəbul edilərsə, bu, Üçüncü Dünya müharibəsinin başlanması demək olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

"Ukrayna Rusiya ilə müharibə vəziyyətindədir. Və ənənəvi NATO xəttinə görə, hazırkı şəraitdə Ukrayna alyansa qəbul olunarsa, bu, Üçüncü Dünya müharibəsinin başlanması demək olacaq. Və biz həmişə Rusiya ilə NATO arasında birbaşa qarşıdurmanın əleyhinə olmuşuq", - Siyarto bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun