“Disneyland”in ərazisini su basdı

10 Oktyabr 2024 20:23

ABŞ-də hökm sürən "Milton" qasırğasından sonra Florida ştatındakı məşhur "Disneyland" əyləncə parkı su altında qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkə izləyiciləri su basmış "Disneyland"in foto və videolarını yayıblar.

Qeyd edək ki, park dünəndən ziyarətçilər üçün bağlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun