London metrosunda dəhşətli anlar - FOTO

10 Oktyabr 2024 20:06

Londonda metro stansiyasında dəhşətli anlar yaşanıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Oksford Circus" Stansiyasında yaşayan bomj 24 yaşlı Brava Şorş yaşlı kişini metro relslərinə itələdi. Nəticədə qatar yoluna yıxılan 60 yaşlı Tadeusz Potozeki digər sərnişin son anda xilas edib.

Polis hadisə yerinə gələrək 24 yaşlı bomju tutub. Məhkəmdə ifadə verən şəxs yaşlı kişini əsəbləşdiyi üçün qatar yoluna atdığını bildirib.

"Mənə tərs-tərs baxırdı. Evsiz insan olanda nə olar? Hamı məni incidir", - deyə məhkəmədə ifadə verib.

Məhkəmənin qərarı ilə Brava Şorş 8 il azadlıqdan məhrum edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun