Sabir Samiroğlu Nia ilə əlaqəsindən DANIŞDI : Məlum videodan...

10 Oktyabr 2024 19:49

"Hazırda sosial platformada fəaliyyətimi davam etdirirəm, məni gələcəkdə serial və filmlərdə də görə bilərsiniz".

Milli.Az xəbər verir ki, bu sözləri News24.az-a açıqlama verən bloger Sabir Samiroğlu deyib. O, TikTok-un hər təbəqəyə aid olduğunu vurğulayıb: "Səviyyəli, səviyyəsiz hər cür təbəqə var. Kim hansı istiqamətdə baxmaq, izləmək istəyirsə ona da baxır".

S.Samiroğlu qalmaqalli videosu barədə bunları deyib: "Məlum videodan sonra da fəaliyyətdə idim, sadəcə həmin vaxt gələn çoxsaylı suallara cavab vermədim, çünki bu, fiziki cəhətdən mümkün deyil. İndi şükürlər olsun ki, hər şey qaydasındadır, öz işimizi davam etdiririk. Ümumilikdə isə bu kampaniyanın kim tərəfindən aparıldığı haqda heç nə bilmirəm, əsas odur indi işlər tam qaydasındadır".

Sabir Samiroğlu Nia ilə əlaqəsi haqda bunu deyib: "Onunla heç bir əlaqəm yoxdur".

Bundan o, başqa neqativləri normal qəbul etdiyini bildirib: "Neqativlər həmişə olub, ilk gündən rast gəlirdim. Ancaq hər kəsi sevə bilməz, istəyənlər də olur, əksi də olur, tam normaldır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun