Putin və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

10 Oktyabr 2024 19:12

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla Aşqabadda gözlənilən görüş zamanı ikitərəfli münasibətləri, eləcə də Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, bunun prezidentlərin ilk görüşü olacağını xatırladıb və danışıqların gündəliyində ilk növbədə Rusiya-İran münasibətlərinin olduğunu qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun