"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 13 oktyabr 2024-cü il tarixindən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.
AYNA-dan Milli.Az-a verilən məlumata görə, reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hər gün saat 08:00-da, Laçın şəhərindən Bakıya isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir. Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun