Tanınmış milyarder öldü

10 Oktyabr 2024 17:14

Hindistanlı tanınmış milyarder, "Tata Group" şirkətinin Direktorlar Şurasının keçmiş sədri Ratan Tata 86 yaşında vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı sözügedən şirkət yayıb.

Hindistanın Baş naziri Narendra Modi milyarderin ölümü ilə bağlı ailəsinə başsağlığı verib.

Qeyd edək ki, 1937-ci ildə anadan olan R.Tata ABŞ-də memarlıq üzrə təhsil alıb, müxtəlif şirkətlərdə fərqli vəzifələrdə çalışıb, 1991-ci ildə "Tata Group"un Direktorlar Şurasının rəhbəri olub. Tata 2012-ci ilə qədər sözügedən vəzifəni icra edib. Şirkət onun rəhbərliyi altında Britaniyanın "Jaguar" və "Land Rover" avtomobil brendlərini də daxil olmaqla, çox sayda beynəlxalq aktivlər alıb.

Hazırda 155 yaşlı "Tata Group"a 100-dən çox şirkət daxildir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun